Kreml ABŞ-ın Ümumdünya Ticarət Təşkilatından çıxma ehtimalını şərh etdi

0
346

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxsa, təşkilatın mövcudluğu böyük bir sual olacaq.
“Əlbəttə, dünyanın ən böyük iqtisadiyyatının təşkilatdan çıxacağı təqdirdə, dünya iqtisadi təşkilatının fəaliyyəti çox böyük bir sual doğuracaq. Bu göz qabağındadır … Hər halda bu ABŞ-ın daxili işidir.” – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi. Onun sözlərinə görə, ABŞ demək olar ki, bütün hallarda Ümumdünya Ticarət Təşkilatında uduzurdu.
Qeyd edək ki, bir müddət öncə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp zəruri hall yaranacağı təqdirdə ABŞ-ın ÜTT-dən çıxacağını bildirib.