Merkel İNF müqaviləsinin dağılmasının məsuliyyətini Rusiyanın üzərinə atdı

0
356

Almaniya kansleri Angela Merkel hesab edir ki, Rusiya orta və yaxın mənzilli raketlərlə bağlı müqaviləni dayandırmağa “səbəb verib”. NATO üzvləri bu pozuntuya Avropada və dünyada silah nəzarəti sistemində cavab vermək niyyətindədirlər.
“Çox təəssüf edirəm ki, Rusiya INF Müqaviləsini pozdu və bu müqavilənin sonuna səbəb oldu. Beləliklə, Avropada və dünyada silah məhdudiyyətini tətbiq edəb bir sistem itirildi. NATO-dakı tərəfdaşlarımızla birlikdə silahlanmanın məhdudlaşdırılmasına dair növbəti illərdə də səylər göstərəcəyik” – Almaniya kansleri Angela Merkel Berlində təşkil olunmuş mətbuat konfransında bildirdi.
“Berlin “NATO-nun bir hissəsidir və bu məsələdə NATO tərəfdaşı kimi çıxış edəcək” – Merkel əlavə etdi.