Vladimir Putin Hindistan rəhbərliyinə təbrik teleqramı göndərdi

0
458

Rusiya Prezidenti Vladimir Putin Hindistan hakimiyyətini Müstəqillik Günü münasibətilə təbrik etdi, Moskva ilə New Delhi arasındakı əlaqələri yüksək qiymətləndirdi, əməkdaşlığın gücləndiriləcəyinə əminliyini bildirdi.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Rusiya Prezidenti Vladimir Putin Hindistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan Prezidenti Ram Nat Kovind və Baş nazir Narendra Modiyə təbrik teleqramı göndərdi” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bundan əlavə Rusiya Prezidenti Hindistanın iqtisadi, elmi, texniki, mədəni və digər sahələrdə qazandığı yüksək nailiyyətləri, ölkənin dünya səhnəsindəki nüfuzunu qeyd etdi.