XİN Lavrovun  Almaniyalı həmkarıylə görüşün mövzularını açıqladı

0
394

Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 21-də Moskvada Alman həmkarı Heiko Maas ilə Ukraynadakı, Suriyadakı, İran ətrafındakı vəziyyəti və strateji sabitlik mövzularını müzakirə edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova məlumat verdi.
“Avqustun 21-22-si Almaniyanın Federal Xarici İşlər Naziri Moskvaya işgüzar səfər edəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı ilə avqustun 21-də danışıqlar aparacaq” – Zaxarova qeyd etdi.
“Ən aktual beynəlxalq problemlər, o cümlədən Ukraynadakı vəziyyət, Suriyadakı vəziyyət, İran ətrafındakı vəziyyət, habelə qlobal sabitlik və strateji təhlükəsizlik barədə dərin fikir mübadiləsi aparılacaq” – Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi əlavə etdi.