Lvov vilayətində helikopter havaya qalxan zaman yerə düşdü

0
1344

Lvov bölgəsindəki Brodı aerodromunda havaya qalxan Mi-2 helikopteri qəflətən yerə düşərək qəzaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Lvov üzrə baş idarəsindən məlumat verildi.
“”Brodı” hava limanında təxminən 3-4 metr hündürlüyə qalxan zamanı, və göyərtəsində 2 ekipaj üzvü olan Mi-2 helikopteri sağ tərəfə aşaraq qəzaya uğradı. Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın baş verməyib” – verilən məlumatda deyilir.
Hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərin araşdırır.