Rusiya prezidenti Hindistanın baş naziri ilə bir araya gələcək

0
269

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi Şərq İqtisadi Forumu çərçivəsində sentyabrın 4-də ikitərəfli danışıqlar aparacaq.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalististlərə açıqlamasında bildirib.
“Sentyabrın 4-də forum çərçivəsində Vladimir Putin Hindistanın baş naziri Modi ilə ikitərəfli danışıqlar aparacaq, bu danışıqlar günün çox hissəsini əhatə edəcəyi gözlənilir” – Yuri Uşakov qeyd etdi.
Onun sözlərinə görə, ikitərəfli danışıqlar proqramının zamanı, sənədlərin imzalanması, habelə Hindistanın Baş nazirini “Müqəddəs Andrey” ordeni ilə təltif edilməsi nəzərdə tutulur.