Zimbabvenin müxalifət lideri Rusiyaya səfər edəcək

0
394

Zimbabvenin ən böyük müxalifət partiyası olan Demokratik Dəyişikliklər Hərəkatının lideri Nelson Çamiza ölkəsindəki siyasi böhranın həllində kömək istəmək üçün Moskva və Pekinə səfər etmək niyyətindədir.
Bu barədə partiyasının nümayəndəsi Nkululeko Sibanda məlumat verdi.
“Partiya rəhbəri problemin dərəcəsini vurğulamaq üçün böyük beynəlxalq mərkəzlərə, o cümlədən Moskva və Pekinə, eləcə də bəzi Avropa və Qərb paytaxtlarına səyahət etməyi planlaşdırır.” – Nkululeko Sibanda qeyd etdi.
Onun sözlərinə görə, bir neçə aydan sonra ölkənin elektrik enerjisi təmamilə tükənəcək.
“Keçmiş illərdə olduğu kimi digər ölkələrdən də elektrik enerjisi almağa pulumuz yoxdur” – Sibanda əlavə etdi.