Rusiya Böyük Britaniya üzərində müşahidə üçuşları həyata keçirəcək

0
205

Rusiya hərbçiləri Avqustun 19-dan etibarən İngiltərə üzərində, ABŞ isə Rusiya ərazisi üzərində müşahidə uçuşu həyata keçirəcək.
Bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qazeti məlumat verdi.
“Beynəlxalq Açıq Səma Müqaviləsinin həyata keçirilməsi çərçivəsində Rusiya Federasiyasının hərbiçiləri An-30B təyyarələrində Böyük Britaniya ərazisi üzərindən müşahidə uçuşu həyata keçirməyi planlaşdırır” – Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qazetində verilən məlumatda deyilir.
Qeyd edək ki, uçuş zamanı, müşahidə təyyarəsinin göyərtəsində olan ingilis mütəxəssisləri, razılaşdırılmış uçuş parametrlərinə və müşahidə cihazlarından istifadəyə nəzarət edəcək.