Saksoniyanın baş naziri anti-rusiya sanksiyarını ləğv etməyə çağırdı

0
250

Saksoniya Federal Dövlətinin Baş naziri Maykl Kreçmer, ABŞ-ın anti-rusiya məhdudiyyətlərini öz məqsədləri üçün istifadə etdiyini qeyd edərək, Moskvaya qarşı yönəldilmiş sanksiyalarının qaldırılmasına çağırış etdi.
Bu barədə saksoniyalı nazir Berlinin “B.Z” qazetinə müsahibəsi zamanı deyib.
“İnsanların demək olar ki, hər gün öldüyü münaqişəni həll etmək istəyirik. Rusiyaya qarşı yönəldilmiş sanksiyaların heç bir şeyə fayda olmadığını görürük.” – Kreyçmer qeyd etdi.
Politoloqun fikrincə, Rusiya əleyhinə tədbiq olunan məhdudiyyətlər bəzi ölkələr tərəfindən öz iqtisadi maraqları naminə istifadə olunur.
“Nümunə olaraq, ABŞ-ın “Şimal axını 2″ layihəsinin inşasını əngəlləmək üçün səylərini göstərmək olar” – Saksoniyanın baş naziri Maykl Kreçmer əlavə etdi.