Lavrov: Rusiya hər zaman Venesuela ilə həmrəy olacaq

0
244

Moskva hər zaman Venesuela ilə həmrəy olacaq və Karakasa təzyiqlərə qarşı çıxmaq niyyətindədir.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Venesuelanın İcraçı vitse-prezidenti Delsi Rodriguez ilə görüşdə deyib.
“Biz həmişə bu prinsiplərə sadiq olmuşuq, hər zaman sizinlə həmrəy olacağıq, hər bir xalqın öz inkişaf yollunu seçmək hüququnu dəstəkləyirik. Hər hansı bir qeyri-qanuni, birtərəfli şantaj və təzyiq metodlarına qəti şəkildə qarşı çıxırıq.” – Rusiya xarici işlər naziri qeyd etdi.
Bundan əlavə, rusiyalı nazir Rodriqesin Moskvaya səfəri çərçivəsində keçirdiyi digər görüşlərə də münasibət bildirib.