Putin Finlandiyaya gəldi

0
258

Rusiya Prezidenti Vladimir Putin, Finlandiya Prezidenti Sauli Niinistonun dəvəti ilə Helsinkiyə gəldi. Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verdi.
Uşakovun verdiyi məlumata əsasən, dövlət başçıları ikitərəfli əməkdaşlığın əsas mövzularını, beynəlxalq və regional gündəmdəki bir sıra aktual mövzuları, o cümlədən Rusiya Federasiyasının Avropa İttifaqı ilə əlaqəsini, Finlandiyanın Avropa İttifaqı Şurasının hazırkı sədrliyi kontekstində məsələləri nəzərdən keçirməyi planlaşdırıb.
Bundan əlavə, iki ölkə lideri Rusiya ilə Avropa Birliyi arasında konstruktiv dialoqun bərpası perspektivlərini müzakirə etməklə yanaşı, ticarət, iqtisadi, investisiya, regionlararası, ekoloji və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, Arktikada qarşılıqlı əlaqə və Baltik dənizi bölgəsində təhlükəsizlik məsələlərinə toxunmaq niyyətindədirlər.
Öz növbəsində Finlandiya Prezidenti Sauli Niinisto Putinin səfəri ərəfəsində, jurnalistlərə açıqlamasında, rusiyalı həmkarı ilə görüşdə əsasən geosiyasi vəziyyəti və Ukraynanı müzakirə etməyi planlaşdırdığını bildirib.