Zaxarova Rusiyanın G8-ə qayıtmaq ehtimalını şərh etdi

0
169

Moskva Rusiyanın “Böyük Səkkizliyə” qaytarılması üçün konkret təkliflər gözləyir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusu nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə Yeddilik özünü ciddi format kimi göstərmək istəyirsə, bu mövzunun müzakirəsini ictimai əyləncədən peşəkar sahəyə keçirməlidir.
Bir müddət öncə Amerika lideri Donald Tramp Rusiyanın G8-ə qayıtmasına qarşı çıxmayacağını bildirib. Mediada yayılan məlumatlara əsasə, fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı, ölkə prezidentləri Rusiya tərəfini növbəti sammitə dəvət etməkdə razılığa gəlib.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin ölkənin avropalı tərəfdaşlarla istənilən formatda işləməyə hazır olduğunu qeyd edib.