Britaniya telekanalı Putin haqqında sənədli film çəkəcək

0
174

Britaniyanın “Chanel 4” telekanalı Rusiya prezidenti Vladimir Putin haqqında üç hissəli sənədli film çəkəcək. Bu barədə telekanalın rəsmi saytında məlumat yerləşdirilib.
“Hazırda dünyada nələrin baş verdiyini başa düşmək üçün Vladimir Putini başa düşmək lazımdır. Putin 21-ci əsrin ən önəmli siyasətçilərindən biri kimi öz müqavimətini nümayiş etdirdi. Bu çox hissəli film, keçmiş kəşfiyyat məmurunun siyasəti necə dəyişdiyini və bunun bütün dünyaya təsirini izah edəcək” – filmin icraçı prodüseri Ceyms Roqan bildirdi.
Film yaradıcıları arxiv materiallarından istifadə etməyi, prezidentə yaxın və “onun hərəkətlərindən ən çox təsirlənən” insanlar ilə müsahibələri daxil etməyi planlaşdırır. Onlar həmçinin bildirdilər ki, “film Putinin şəxsi təcrübəsinin onun siyasətinə necə təsir etdiyini, xəyanət, qürur və qəzəb hissi ilə müasir Rusiyanın necə qurulduğunu, o cümlədən Rusiya liderinin dəyərlərinin dünyanın müxtəlif yerlərinə – Krımdan Salsberi və Vaşinqtona necə ixrac edildiyini izah edəcək.
Qeyd edək ki, filmin çəkilişləri Rusiya, ABŞ, Avropa və İngiltərədə baş tutacaq.