Peskov ABŞ-ın Qrenlandiyanı əldə etmək niyyətini “beynəlxalq şopinq” adlandırdı

0
347

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Qrenlandiyanı əldə etmək niyyətini “beynəlxalq şopinq” adlandırdı.
Onun sözlərinə görə Moskva bu vəziyyətə müdaxilə etməyəcək.
“Bu bizim işimiz deyil. Biz bu cür beynəlxalq şopinqlə məşğul deyilik. Bu məsələ ABŞ və Danimarka arasındakı münasibətlərə aiddir. Başa düşdüyümüz qədəriylə, orada indi qara pişik dolaşmaqdadır. Ancaq bu bizim məsələmiz deyil, müdaxilə etmək istəməzdik” – Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirdi.
Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Qrenlandiya adasını almaq istədiyini açıqlayıb.