Ukrayna səfirliyi Rusiyaya görə G7 liderlərinə müraciət etdi

0
243

Ukraynanın ABŞ-dakı səfirliyi G-7 liderlərini Rusiyanı “dünya nizamına hörmət etməyə və konstruktiv davranışa qayıtmağa” məcbur etməyə çağırdı.
Müvafiq müraciət diplomatik missiyanın Facebook səhifəsində yayımlandı.
“Diqqətə çatdırırıq ki, Rusiya Krımı ilhaq etmək üçün qanunsuz cəhdlərinə və beynəlxalq hüququn prinsiplərini pozaraq güc tətbiq etməsinə görə bu fəxri klubun üzvü olmaq hüququndan məhrum edilib” – Ukraynalı diplomatlar qeyd etdi.
Səfirlik əlavə edib ki, “Krım yarımadasının işğalı” və “Rusiya Federasiyasının Donbasdakı təcavüzü” davam edir, Rusiyanın özü G7 üzvlərini birləşdirən prinsip və standartlardan uzaqlaşdı.
Bi müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Facebook səhifəsində Rusiyanın G8-ə qayıdma ehtimalını şərh edib. Onun sözlərinə görə, bu, yalnız Krımın geri qaytarılması və Donbasdakı münaqişə bitdikdən sonra mümkün olacaq.
Qeyd edək ki, bir müddət öncə Amerika lideri Donald Tramp Rusiyanın G8-ə qayıtmasına qarşı çıxmayacağını bildirib. Mediada yayılan məlumatlara əsasən, fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı, ölkə prezidentləri Rusiya tərəfini növbəti sammitə dəvət etməkdə razılığa gəlib.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin ölkənin avropalı tərəfdaşlarla istənilən formatda işləməyə hazır olduğunu qeyd edib.