Zaxarova: Rusiya İdlibdə Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

0
202

Rusiya Suriyanın İdlib vilayətindəki vəziyyətlə bağlı Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
“İdliblə həm terrorçulara qarşı mübarizəni davam etdirməyə, həm də mülki şəxslərin təhlükəsizliyini təmin etməyə yönəlmiş bütün razılaşmalara ciddi şəkildə əməl etməyi vacib sayırıq. Bu çərçivədə, Türkiyə ilə 17 sentyabr 2018-ci il tarixli Soçi memorandumu çərçivəsində qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik”, – Mariya Zaxarova qeyd etdi.
Qeyd edək ki, Avqustun 2-də Nur Sultanda Suriya ilə bağlı danışıqlardan sonra İdlibdə atəşkəs rejimi qüvvəyə mindi. Suriya Silahlı Qüvvələrinin komandanlığı, Türkiyənin 2018-ci ilin sentyabrında Soçidə əldə edilmiş Rusiya-Türkiyə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi şərtiylə döyüşləri dayandıracağını bildirib.