Zelenski Britaniyanın Baş naziri ilə Rusiyanın G8-ə qayıtmasını müzakirə etdi

0
265

Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub. Danışıq zamanı Rusiyanın beynəlxalq hüququ pozduöuna görə “Böyük Səkkizliyə” qayıtmasının mümkünsüzlüyü qeyd edilib.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər “Rusiyanın Ukraynaya davam edən təcavüzü, Krımın işğalı və Rusiyanın Minsk razılaşmalarını yerinə yetirməməsi” şəraitində Moskvanın beynəlxalq platformaya qayıtması barədə danışmağın mümkün olmadığı barədə razılığa gəlib.
Britaniyalı nazirin sözlərinə görə, London bu mövqeni 24-26 avqust tarixlərində Fransada keçiriləcək G7 sammitində də sərgiləyəcək.
Zelenski Consona Böyük Britaniyanın Ukraynanı dəstəklədiyi mövqeyə görə təşəkkür edib.