Putin: Asiya-Sakit okean bölgəsində ABŞ raketlərinin yerləşdirilməsi Rusiyanın maraqlarına təsir edir

0
166

ABŞ-da deyirlər ki, yeni raket sistemlərinin yerləşdirilməsi Asiya-Sakit okean bölgəsindən başlaya bilər, lakin bu da Rusiya Federasiyasının maraqlarına təsir göstərir. Bu sözləri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı dilə gətirib.
“Çox yüksək vəzifəli və rütbəli Amerika siyasətçiləri yeni sistemlərin yerləşdirilməsinin Asiya-Sakit Okean bölgəsindən başlaya biləcəyini söyləyirlər, lakin bu əsas maraqlarımıza təsir göstərir, çünki bütün bunlar Rusiya sərhədlərinə yaxındır” – Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bildirib.