Putin  Çeçenistanda Avropanın ən böyük məscidin açılışı münasibətilə Kadırovu təbrik etdi

0
364

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırovu respublikanın ilk prezidenti Əhməd Hacı Kadırovun anadan olmasının 68-ci ildönümü və Şalidə Avropanın ən böyük məscidin açılışı münasibətilə təbrik etdi.
Bu barədə Rusiya liderinin mətbuat xidmətindən məlumat verildi.
“Rusiya Prezidenti Vladimir Putin telefonla Ramzan Kadırovu atası Axmat Hacı Kadırovun anadan olmasının ildönümü münasibətilə və Şalidə “Müsəlmanların qüruru” məscidinin açılışı münasibəti ilə təbrik etdi”, –  Rusiya prezidetinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, 30 min nəfərə qədər tutumu olan məscid 5 hektardan çox ərazini əhatə edir. Hündürlüyü 43 metr olan gümbəz və 63 metr hündürlüyü olan dörd minarəli məscidin inşasına 2012-ci ilin dekabrında başlanılıb.