Putin və Ərdoğan Suriyada Konstitusiya Komitəsinin fəaliyyətini müzakirə etdi

0
184

Rusiya prezidenti Vladimir Putin, telefonla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Konstitusiya Komitəsinin yaradılması və fəaliyyətə başlamasını müzakirə etdi. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
Kremlin mətbuat xidmətindən verilən məlumatına əsasən, ölkə liderləri Suriyada terrorizmlə mübarizəni müzakirə edib.
“Sentyabrda Astana prosesinin təminatçı dövlətlərinin beşinci zirvə toplantısı ilə əlaqədar olaraq, Suriyaki vəziyyətin nizamlanmasının digər aspektləri, o cümlədən Rusiya, Türkiyə, İran və BMT ilə birlikdə Konstitusiya Komitəsinin yaradılması və fəaliyyətə başlaması istiqamətində görülən işlər də nəzərdən keçirildi.” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.