Putin və Netanyahu arasında telefon danışığı baş tutdu

0
236

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutdu. Danışıq zamanı Suriya, Ukrayna, beynəlxalq terrorizmə qarşı mübarizə və ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edildi. Bu barədə Kremlin mətbuat xidməti məlumat verdi.
“Regional gündəliyə dair fikir mübadiləsi aparıldı. Suriya istiqamətində, Rusiya-İsrail əməkdaşlığının davam etdirilməsində, beynəlxalq terrorizmə qarşı birgə mübarizədə qarşılıqlı maraqlar ifadə edildi” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Söhbət əsnasında İsrailin Baş naziri Rusiya dövlətinin başçısına Ukraynaya son səfərinin nəticələri barədə məlumat verdi. Bundan əlavə, söhbət zamanı ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.