Rusiya sərhədlərində 27 kəşfiyyat uçuşu aparıldı

0
225

Rusiya sərhədlərində həftə ərzində 27 xarici təyyarə kəşfiyyat uçuşu həyata keçirdi. Bu barədə Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qazeti məlumat verdi.
Eyni zamanda, hava hücumundan müdafiə xidməti xarici kəşfiyyat təyyarələrini müşayiət etmək üçün 20 uçuş həyata keçirdi.
“Rusiyanın hava məkanının pozulmasına yol verilməyib” – məlumatda deyilir.
Qeyd edək ki, Avqustun 3-də ABŞ hərbi hava qüvvələrinə məxsus Lockheed EP-3E Orion Aries II uzun mənzilli elektron kəşfiyyat təyyarəsi Krım sahilləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.