Samaradan Peterburqa uçan təyyarə hava limanına geri qayıtdı

0
274

Sankt-Peterburqa uçan “Smartavia” şirkətinə məxsus sərnişin təyyarəsi kondisionerdəki nasazlığa görə Samara hava limanına geri qayıtdı.
Bu barədə Kuybışev nəqliyyat prokurorluğundan məlumat verilib.
Prokurorluğun məlumatına görə, təyyarə Moskva vaxtıylə 20:10-da “Kurumoç” aeroportundan havaya qalxıb.
“Samara-Sankt Peterbur reysi ilə uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Moskva vaxtı ilə 22.40-da Kurumoç beynəlxalq hava limanına geri dönüb” – verilən məlumatda deyilir.
Qeyd edək ki, təyyarədə 16 uşaq olmaqla 154 sərnişin olub. Onların heç bir şikayəti olmadığı bildirilir.
Hazırda prokurorluq tərəfindən yoxlama aparılır.