Belarus hökuməti prezidentə Rusiya ilə inteqrasiya proqramını təqdim edəcək

0
274

Belarus hökuməti avqustun 27-də Rusiya ilə inteqrasiya proqramı layihəsini prezident Aleksandr Lukaşenkoya təqdim etməyi planlaşdırır.
Bu barədə Belarusiyanın Baş naziri Sergey Rumas “Belarus-1” telekanalına verdiyi müsahibəsində deyib.
“Avqustun 27-si biz bu proqramın layihəsini təsdiqləmək üçün dövlət başçısına təqdim edəcəyik ki, sentyabrın əvvəlində Belarusiya və Rusiya Federasiyasının baş nazirləri bu fəaliyyət proqramını nəzərdə keçirsinlər.” – Sergey Rumas bildirdi.
Qeyd edək ki, 2018-ci ilin dekabrında Rusiya Federasiyası prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukashenko, inteqrasiyanın inkişafı ilə bağlı hökumətlərarası işçi qrupu yaratmaq qərarına gəlib. Onun Rusiya hissəsinə Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Belarusiyaya – İqtisadiyyat naziri Dmitri Krutoy rəhbərlik edir.