Rusiyanın iki sualtı qayığı ballistik raketlərdən atəş açıb

0
310

Rusiyanın “Tula” və “Yuri Dolgoruki” sualtı nüvə qayıqları , döyüş hazırlığı çərçivəsində Arxangelsk və Kamçatka bölgəsində yerləşən təlim poliqonuna ballistik raketlərdən atəş açıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verildi.
“Avqustun 24-də döyüş hazırlığı planına uyğun olaraq “Tula” və “Yuri Dolqoruki” strateji raket sualtı qayıqlarında ballistik raketlərin atışı uğurla həyata keçirildi” – verilən məlumatda deyilir.
Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, bu atışlar ballistik raketlərin texniki xüsusiyyətlərini, eləcə də bütün raket sistemlərinin sualtı qayıqlarda işləməsini təsdiqlədi.