“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilmədi

0
302

Göyərtəsində “Fodor” adlı antropomorfik robotun olduğu Rusiyanın “Soyuz MS-14” gəmisi avtomatik birləşmə sistemində yaranmış problem səbəbindən Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib.Bunu kosmik gəminin birləşmə prosesini translyasiya edən NASA TV-nin yayımı zamanı aparıcı bildirdi.
Onun sözlərinə görə, “Soyuz MS-14” gəmisi təhlükəsiz məsafəyə geri çəkilib və Hazırda Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa çalışırlar.
Qeyd edək ki, Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yük də var.