ABŞ, Kanada və Norveç hərbiçiləri Rusiya üzərində müşahidə uçuşları aparacaq

0
178

ABŞ, Kanada və Norveç hərbiçiləri 26-30 avqust tarixlərində Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcəklər.
Bu barədə Rusiya Nüvə Təhlükəsinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rıjkov silahlı qüvvələrin “Krasnaya Zvezda” qəzetinə məlumat verib.
“Avqustun 26-dan 30-dək beynəlxalq Açıq Səma Sazişinin icrası çərçivəsində Norveç, Kanada və ABŞ-ın birgə missiyası Kubinka aerodromundan İsveçin SAAB-340 təyyarəsində Rusiya Federasiyasının ərazisi üzərində müşahidə uçuşu həyata keçirəcək”, – Sergey Rıjkov bildirdi. Rusiya hərbçiləri uçuş parametrlərinə və icazə verilən müşahidə cihazlarından istifadəyə nəzarət edəcək.
“Krasnaya Zvezda” qazetinin verdiyi məlumata əsasən, həmin günlərdə Rusiya An-30B təyyarəsi ilə Orlean-Brisi aerodromundan havaya qalxaraq Fransa üzərində müşahidə uçuşu etməyi planlaşdırır.