Münhen konfransının rəhbəri Rusiyanın G8-ə qayıtmasını istisna etdi

0
118

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger, “Die Welt” saytına müsahibəsində Rusiyanın G8-ə yenidən dəvət edilməməsinin səbəbin açıqladı.
Onun sözlərinə görə, Rusiyanın sammitə qayıtması məntiqli addım kimi görünür, çünki onun iştirakı ilə mürəkkəb dünya məsələlərini həll etmək daha asan olacaq.
“G8 formatı çox faydalı idi, çünki həqiqətən mürəkkəb və vacib məsələlər Rusiya ilə birlikdə həll edilə bilirdi. Ukraynadakı hadisələrə görə biz özümüz Rusiya Federasiyasını aramızdan xaric etdik. Mən o zaman bunu taktiki səhv hesab edən tək adam deyildim” – İşinger vurğuladı.
Bununla yanaşı, O, Ukraynaya mənfi təsir göstərəcəyinə görə, Rusiyanın G8-ə qayıtmasının istisna olduğunu bildirdi.
“Bu, ukraynalı tərəfdaşlarımız üçün sarsıdıcı məğlubiyyət olar” – Münhen Təhlükəsizlik Konfransının rəhbəri əlavə etdi.
Siyasətçi həmçinin qeyd etdi ki, G7 ümumilikdə dünya siyasətində dominant rol oynamağı dayandırdı, çünki Qərb ölkələri arasında artıq birlik yoxdur və onlar əhəmiyyətli nəticələr əldə edə bilmirlər.