
Müdafiə Nazirliyi və digər idarələr INF Müqaviləsindən çıxması və ABŞ-ın orta mənzilli raketləri sınaması ilə əlaqədar ABŞ-a simmetrik cavab hazırlamağa başlayıb. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezidentin göstərişlərini eşitmisiniz? Bu göztəriş verilib” – Peskov, Müdafiə Nazirliyi simmetrik cavab hazırlamağa başlanması barədə sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, avqustun 18-də ABŞ-ın reallaşdırdığı raket sınağının, əvvəllər INF Müqaviləsi ilə qadağan edilmiş silah olduğunu bildirib.