Putin və Ərdoğan hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

0
227

Avqustun 27-də Rusiya Prezidenti Vladimir Putin MAKS-2019 Beynəlxalq aviakosmik salonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hərbi-texniki əməkdaşlığı müzakirə edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verdi.
“Danışıqlar zamanı Rusiya-Türkiyə əməkdaşlığının siyasi, ticarət, iqtisadi, hərbi-texniki və humanitar sahələrdə daha da inkişaf etdirilməsi məsələlərini, habelə beynəlxalq və regional gündəliyin müvafiq aspektlərini müzakirə ediləcəyi planlaşdırılır” – məlumatda deyilir.
Qeyd edək ki, Avqustun 27-si Vladimir Putin Rusiyaya qısa müddətli səfərə gələcək Rəcəb Tayyib Ərdoğanla görüşəcək.