Putin və Ərdoğan İdlib və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

0
284

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 27-də “MAKS” aviasalonunun ekspozisiyasını ziyarət edəcək və ikitərəfli danışıqlar aparacaq.
Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Sabah prezident üçün sıx  iş günüdür, Jukovskidə Türkiyə prezidenti Ərdoğanın ziyarəti baş tutacaq. Dövlət başçıları “MAKS” sərgisini izləyəcək və ikitərəfli danışıqlar aparacaqlar” – Rusiya liderinin mətbuat katibi qeyd etdi.
Peskovun sözlərinə görə, Rusiya və Türkiyə liderləri avqustun 27-də keçiriləcək danışıqlarda Suriyadakı vəziyyəti, xüsusən İdlibdəki vəziyyəti, həmçinin Ukraynadakı tənzimləmə məsələlərini müzakirə edəcəklər.