Tramp Rusiyaya görə G7 liderləri ilə mübahisə edib

0
200

ABŞ prezidenti Donald Tramp, Rusiyanın sammitə geri dönməsini israr edərək G7 həmkarları ilə mübahisə etdi.
Bu barədə Böyük Britaniyanı Guardian qazeti məlumat verir.
Bildirilir ki, G7-in digər liderləri ABŞ prezidentinin fikrini dəstəkləməyib. Bu səbəbdən Tramp və onun həmkarları arasında gərgin müzakirələr baş verib.
Yaponiyanın baş naziri Şinzo Abe-nin bitərəf qaldığı da vurğulanır.
Bundan əlavə, İtaliyanın Baş naziri Cüzeppe Konte Amerika prezidenti ilə razılaşıb.
Avropa Şurasının rəhbəri Donald Task da daxil olmaqla sammitin digər iştirakçılaı, genişləndirilmiş formatın bərpasına kəskin etiraz etdi.
Qeyd edək ki, bir müddət öncə Amerika lideri Donald Tramp Rusiyanın G8-ə qayıtmasını dəstəkləyəcəyini bildirib.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin ölkənin avropalı tərəfdaşlarla istənilən formatda işləməyə hazır olduğunu qeyd edib.