Ərdoğan Putini İstanbulda keçiriləcək texnologiya festivalına dəvət etdi

0
285

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini sentyabr ayında İstanbulda keçiriləcək bir texnologiya festivalına dəvət etdi.
Türkiyə lideri “MAKS-2019” avia salonunun açılışı zamanı çıxış edərkən dəvətini dilə gətirdi.
“Bu il İstanbulda “Technofest” Texniki Aviasiya Festivalı keçirəcəyik. Belə bir festivalı ilk dəfə keçən keçirdik. 550 mindən çox insanın iştirak etdiyi festivalı, bu il ikinci dəfə sentyabrın 17-dən 22-dək keçirəcəyik. Bu səfər bir milyondan çox iştirakçının iştirakı gözlənilir. Bütün Rusiya xalqını və ilk növbədə cənab Prezident Vladimir Putini bu festivala dəvət edirik” – Ərdoğan bildirdi.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan Rusiyada qısa müddətli işgüzar səfərdədir.