İrəvan Moskva ilə etibarlı müttəfiq münasibətlərinin davam etdiyini bəyan etdi

0
229

Ermənistan və Rusiya etibarlı strateji müttəfiq olaraq qalır. Bunu Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan bildirdi.
Çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyi mərkəzi aparat rəhbərlərinin və xarici ölkələrdəki diplomatik xidmət rəhbərlərinin illik toplantısında Mnatsakanyan Yerevanın xarici siyasət prioritetlərindən danışıb.
“Ermənistan və Rusiya etibarlı strateji müttəfiq olmağa davam edir. Rusiya xalqı ilə ortaq tarixi və yaxın mədəni əlaqələrini paylaşırıq” – Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan qeyd etdi.
Nazirin sözlərinə görə, ikitərəfli münasibətlərin müttəfiq gündəliyi genişdir və hərbi-siyasi sahə, təhlükəsizlik, enerji və infrastrukturun inkişafı, ticari-iqtisadi əməkdaşlıq, o cümlədən təhsil və mədəniyyət mübadiləsi proqramlarını əhatə edir.