İran və Rusiya hava və rabitə peyklərinin istehsalında əməkdaşlıq edir

0
213

İran Rusiya ilə meteoroloji və rabitə peyklərinin istehsalında əməkdaşlıq edir.
Bu barədə Müdafiə Nazirinin müavini və İranın Aerokosmik Sənayesi Təşkilatının rəhbəri Abdolkarim Banitarafi məlumat verdi.
“Məndə olan məlumata görə, hazırda meteoroloji və telekommunikasiya peyklərinin istehsalı ilə bağlı birgə əməkdaşlıq aparılır” – Abdolkarim Banitarafi qeyd etdi.
Qeyd edək ki, Jukovskidə 27 avqust – 1 sentyabr tarixlərində MAKS-2019 aerokosmik şousu keçiriləcək.