Makron: Rusiyanı Avropadan uzaqlaşdırmaq strateji səhvdir

0
259

Rusiyanı Avropadan uzaqlaşdırmaq böyük strateji səhvdir. Moskva ilə əlaqələrə dərin nəzər salmadan yeni Avropa layihəsini yaratmaq imkansızdır.
Bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.
“Biz Avropada yerləşirik, Rusiyada da Avropada yerləşir. Əgər Rusiya ilə birlikdə faydalı bir şey edə bilməsək, dərin gərginlik içində qalacağıq, Avropanın hər yerində dondurulmuş münaqişələrə davam edəcəyik, ABŞ və Rusiya arasındakı strateji mübarizə teatrı olan Avropaya və “soyuq müharibənin” nəticələrinə dözməyə məcbur olacağıq”, – Emmanuel Makron Fransa səfirləri ilə danışan zaman bildirib.
Qeyd edək ki, bir müddət öncə emmanuel Makron ABŞ prezidenti Donald Trampa Rusiyanın G7 formatına geri qaytarılmasını təklif edib.