Putin və Ərdoğan yeni Su-57 qırıcısına baxış keçirib

0
288

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “MAKS 2019” aviasərgisində Rusiya istehsalı olan son model “Su-57” qırıcısı təyyarəsinə baxış keçirib.
Bundan sonra Rusiya və Türkiyənin müdafiə nazirləri Putin və Ərdoğana qatılıb.
Təyyarəyə baxış keçiriləndən sonra müzakirələr davam edib.
Su-57 ilə yanaşı, Rusiya və Türkiyə prezidentləri ekspozisiyada təqdim olunan Su-35 qırıcı təyyarəsi, Ka-62 helikopteri və Mi-38 ağır helikopteri ilə tanış olublar.
Daha sonra prezidentlər Rusiya mülki təyyarəsi MS-21-yə minərək, təyyarənin daxili hissələni nəzərdən keçirib.