Rusiya və Hindistan xarici işlər nazirləri bir araya gələcək

0
320

Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanı Subramaniam Caişanqar ilə bir araya gələcək. Moskvada keçiriləcək danışıqlarda rəsmi Hindistan nümayəndə heyətinin V Şərq İqtisadi Forumunda iştirakının hazırlanmasına diqqət yetiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
Nazirlikdən verilən məlumata əsasən, əhəmiyyətli tematik bloklar – ticarət-investisiya, hərbi və elmi-texniki əməkdaşlıq, qarşılıqlı hesablaşmalarda milli valyutaların istifadəsi, kosmik sektorda və enerji sahələrində, xüsusən Arktika şelfində və Rusiyanın Uzaq Şərqində perspektivli layihələr müzakirə olunacaq.
Bundan əlavə, Rusiya və Hindistanın xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər.
Qeyd edək ki, V Şərq İqtisadi Forumu 4-6 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində keçiriləcək.