Türkiyəyə S-400 elementlərinin tədarükünün ikinci mərhələsi başladı

0
169

Moskva, Ankaranı S-400 hava hücumundan müdafiə sisteminin elementləri ilə təchiz etməyə başladı. Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verildi.
“Təyyarə Rusiyadan Mürted aviabazasına eniş etdi. Təchizatların çatdırılması bir ay davam edəcək”- Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
İlk çatdırılma mərhələsi iyul ayında baş tutub. Rusiyadan Türkiyəyə 30 yük təyyarəsi gəlib.
Qeyd edək ki, Rusiyanın S-400 müdafiə sistemlərinin satın alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq skandala səbəb oldu: ABŞ müqavilənin ləğv edilməsini və Türkiyədən Patriot müdafiə komplekslərini satın almağı tələb etdi.