Novosibirskdə binanın divarı işçilərin üzərinə aşdı

0
210

Novosibirskdə rekonstruksiya olunan ikimərtəbəli binanın divarı işçilərin üzərinə aşdı. Bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir. Bu barədə bölgə üzrə fövqəladə hallar xidmətindən məlumat verildi.
İlkin məlumatlara əsasən, işçilərdən biri dünyasını dəyişdi, biri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi.
Yerli rəhbərliyin bildirdiyinə görə, daha iki nəfər dağıntılar altında qalıb.
Binaya sahibi olan Sibir sirkətinin iddiasına görə, binada 8 nəfər işləyib, üç nəfər hadisədən qurtula bilib.