Peskov: Kreml “Normand formatı” sammiti üçün heç bir şərt irəli sürmür

0
257

Kreml, “Normand Formatı” sammiti üçün heç bir şərt irəli sürmür, lakin görüşün hamı üçün effektiv olması üçün əvvəlcə dövlət başçılarının köməkçilərinin görüşü baş tutmalıdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kremlin heç bir şərti yoxdur və Vladimir Putin bu barədə danışıb. Prezident də belə bir görüşün tərəfdarıdır. Ancaq razılaşmalısınız ki, dövlət başçıları bir araya gələrək nəyisə müzakirə etməlidir, kimsə bu müzakirə mövzularını hazırlamalıdır, kimsə “ev tapşırığı” etməlidir”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, köməkçilər görüşüb bu “ev tapşırığını” edənə qədər iclasının nəticələrini gözləmək lazım olacaq.
Kreml nümayəndəsi həmçinin qeyd edib ki, həqiqətən zirvə görüşü keçirilməsi və bu işlərin Norman Dördlüyü çərçivəsində yenidən davam etdirilməsi üçün ortaq istək var.
“Prezident Putin bunun tərəfdarı olduğunu söylədb. Lakin o, bu sammit iştirakçısının hər birinin mənafeyinə təsirli olması üçün bu görüşü hazırlamağın lazım olduğunu bildirib” – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib.