Rusiya və Qazaxıstan Alma-Atada Mi helikopterlərinin yığılmasına razılıq verdilər.

0
140

2020-ci ildən Almatıdakı 405 nömrəli təyyarə təmiri zavodunda mülki istifadə üçün nəzərdə tutulmuş “Mi” ailəsindən olan helikopterlərin yığılması planlaşdırılır.
Müvafiq razılaşma Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Roman Sklyarın Rusiyanın sənaye və ticarət naziri Denis Manturov ilə görüşü zamanı əldə edildi.
Bu barədə Qazaxstanın Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Görüş zamanı, 405 saylı Almatı təyyarə təmiri zavodunun bazasında mülki “Mi” helikopterlərinin 2020-ci ildən yığılmasına başlaması barədə razılıq əldə edildi.” – Qazaxıstan xarici işlər nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, görüş avqustun 27-də Jukovskidə keçirilən “MAKS-2019” aviasərgisi çərçivəsində baş tutdu.