Serbiya Baş nazirinin müavini ölkənin Rusiya ilə ticarətini qiymətləndirdi

0
207

Serbiya, Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalarla təmin edilən Rusiyaya ixracı artırmaq fürsətindən hələ istifadə edə bilməyib.
bunu RİA Novosti-yə müsahibəsində Serbiya baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Layiç söyləyib.
Serbiya rəhbərliyinin bildirdiyinə görə, bu ilin ilk altı ayında Serbiyadan Rusiyaya ixrac 2018-ci ilin ilk yarısına nisbətən 8,7% az olub. Rusiyadan ölkəyə idaxal isə 18% artıb.
Layiç Serbiya məhsullarının tədarükünün azalmasının bir neçə səbəbini qeyd etdi.
“Əvvəla, ixracımızın artmasına mane olan rublun məzənnəsindəki dalğalanmalardır. Məsələn, 2014-cü ildə bir avro 50 rubl idisə, hazırda bir avro 73 rubl təşik edir. Bu dalğalanmalar ixracatçılarımıza təsir etdi. Bundan əlavə digər böyük dövlətlər bu sanksiyalardan istifadə edərək öz təkliflərini irəli sürdülər və buna görə başqa problemlər ortaya çıxdı” – Serbiya baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri qeyd etdi.