Hindistan Rusiyaya S400-lər üçün avans verdi

0
242

Rusiya S-400 zenit raket sistemlərinin tədarükünə dair müqaviləyə əsasən Hindistandan avans aldı.
Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin mətbuat xidmətindən məlumat verildi.
Bir müddət öncə Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmət direktorunun müavini Vladimir Drojjov, Rusiyanın ilin sonuna qədər S-400 kompleksləri üçün Hindistandan avans əldə edəcəyinə ümid etdiyini deyib.
Onun sözlərinə görə tədarüklər 2020-ci ildə başlayacaq və 2025-ci ildə tamamlanacaq.
Qeyd edək ki, 2018-ci il oktyabrın əvvəlində Rusiya və Hindistan S-400 sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Ən son zenit raket sistemlərinin əldə edilməsi Nyu-Dehliyə 5.43 milyard dollara başa gələcək.