usiya Avropa Şurasına üzvlük haqqı üzrə qalan borcu ödəyəcək

0
299

RRusiya Avropa Şurasının büdcəsinə 2017 və 2018-ci illər üçün üzvlük haqları üzrə qalan borcu ödəyəcək.
Bu barədə Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Federal büdcədən alınacaq məbləğ 54,7 milyon avro təşkil edir. Bu addım Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi və Nəqliyyat Nazirliyi ilə razılaşdırılıb. Rusiya Xarici İşlər nazirliyində bu qərar təstiqlənib.
Brüsseldə bu açıqlamaya hələ heç bir cavab verilməyib.
Bir müddət öncə Rusiya Federasiyası Avropa Şurasına 2019-cu ilin üzvlüyü  üçün 33 milyon avro məbləğində ödəniş edib.
Qeyd edək ki, 2017-ci ilin iyununda Rusiya Avropa Şurası Parlament Assambleyasındakı Moskva nümayəndə heyətinin hüquqları bərpa olunana qədər AŞ büdcəsinə ödəmələrin bir hissəsinin dayandırılmasına qərar verib.