Ərdoğan Rusiya ilə Su-57 qırıcılarının tədarükü ilə bağlı danışıqlar apardığını açıqladı

0
308

Ankara və Moskva Rusiyanın “Su-57” qırıcı təyyarələrinin tədarükü barədə danışıqlar aparır.
Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Danışıqlar gedir, və bu danışıqlar davam edəcək. “MAKS-2019”dan sonra nümayəndə heyyətimizin bir qismi Rusiya Federasiyasında qalıb. Kredit və ortaq istehsal şərtlərimizi danışıqlar masasına qoyaraq müzakirə edəcəyik. ABŞ “F-35” qırıcılarının təchizatı ilə əlaqədar mövqeyini dəyişməzsə, vəziyyətdən başqa çıxış yolu axtaracağıq.” – Ərdoğan jurnalistlərə açıqlamasında qeyd etdi.
Qeyd edək ki, bir müddət öncə Ankaranın Rusiyadan S-400 müdafiə sistemlərinin satın alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq skandala səbəb olub: ABŞ müqavilənin ləğv edilməsini və Türkiyədən “Patriot” müdafiə komplekslərini satın almağı tələb edib.