Ərdoğan və Zelenski arasında telefon danışığı baş tutdu

0
193

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  Türkiyə liderinin Rusiyaya səfərinin nəticələrini və yüksək səviyyəli strateji şuranın növbəti iclasına hazırlıqlarını müzakirə etdi.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verildi.
“Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını vurğuladılar.” – Ukrayna liderinin mətbuat xidmətinin verdiyi məlumatda deyilir.
Məlumata əsasən, Ərdoğan Zelenskiyə Rusiya Federasiyasına son səfərinin nəticələri haqqında məlumat verdi.
Qeyd edək ki, Rusiya Federasiyası prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Jukovskidə baş tutan “MAKS-2019” aviasərgisində ikitərəfli danışıqlar aparıb.