Çavuşoğlu: Rusiya İdlibdəki müşahidə postlarının təhlükəsizliyinə zəmanət verdi

0
185

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, Rusiyanın Suriyanın İdlib bölgəsindəki Türkiyə müşahidə postlarının təhlükəsizliyinə zəmanət verdiyini bildirib. Bu barədə Türkiyənin NTV telekanalı məlumat verdi.
“Rusiya Suriyada prezident Bəşər Əsəd rejiminin qüvvələirin İdlibdəki müşahidə postlarımıza hücum etməyəcəyinə zəmanət verdi”, – Mevlut Çavuşoğlu Norveçə səfəri zamanı bildirdi.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə hərbi qüvvələri yalnız ölkədəki böhran siyasi həll yolunu tapandan sonra Suriyanı tərk edəcək.
Qeyd edək ki, Avqustun 2-də Nur Sultanda Suriya ilə bağlı danışıqlardan sonra İdlibdə atəşkəs rejimi qüvvəyə mindi. Suriya Silahlı Qüvvələrinin komandanlığı, Türkiyənin 2018-ci ilin sentyabrında Soçidə əldə edilmiş Rusiya-Türkiyə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi şərtiylə döyüşləri dayandıracağını bildirib.