Putin Monqolustana səfər edəcək

0
189

Rusiya prezidenti Vladimir Putin və Monqolustan prezidenti Xaltmaagiyn Battulga sentyabrın 3-də Ulan Batorda təşkil olunacaq danışıqların nəticələrinə dair 11 sənəd paketi, o cümlədən dostluq münasibətləri haqqında yeni müqavilə və hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini imzalayacaqlar.
Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlardan sonra liderlər yeni dövlətlərarası dostluq və hərtərəfli strateji tərəfdaşlıq sazişini imzalayacaqlar”, – Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov qeyd etdi.
Prezident köməkçisinin sözlərinə görə, hökumətlərarası sənədlərin və kommersiya müqavilələrinin çox əhəmiyyətli paketi imzalanmaq üçün hazırlanıb.
Uşakov əlavə etdi ki, Rusiyanın bir sıra elektrik şirkətləri Monqolustanda elektrik stansiyalarının tikilməsində və modernləşdirilməsində maraqlıdırlar.