Putin və Lukaşenko arasında telefon danışığı baş tutdu

0
295

Belarus Prezidenti Aleksandr Lukaşenko, rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişafını, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə etdi.
Bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verildi.
Məlumata görə, dövlət başçıları cari gündəmi və ikitərəfli əlaqələrin inkişafını, o cümlədən bir müddət öncə baş tutan şəxsi görüşlərdə əldə olunmuş razılaşmaların icrası ilə bağlı işləri müzakirə edib.
Bundan əlavə dövlət başçıları beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi apardı.